Bakı şəhərində hansı maşınların taksi kimi fəaliyyət göstərə biləcəyi ilə bağlı tələblər müəyyənləşib.
“Yeni Sabah” xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə yalnız aşağıdakı tələblərə cavab verən avtomobillər taksi fəqliyyəti göstərə biləcək:
- Taksi minik avtomobilləri kimi müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun mühərriklə və ya elektrik mühərriki ilə təchiz edilmiş minik avtomobilləri istifadə oluna bilər. Dördpendirli pizza
- Taksi minik avtomobilləri kimi Avropa İqtisadi Komissiyasının təsnifatına uyğun olaraq, “B” və daha yuxarı sinif minik avtomobilləri istifadə oluna bilər. İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlil avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir.
- Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.
- Taksi minik avtomobilləri onların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidir.
Beynəlxalq hava limanında sərnişin daşıma xidməti üçün istifadə olunan taksi minik avtomobillərinə dair əlavə tələblər aşağıdakılardan ibarətdir:
- ən azı “avro-4” ekoloji standartına uyğun olmalıdır;
- xüsusi proqram təminatı (internet üzərindən taksi sifarişi, SMS məlumatlandırma) olmalıdır.
Taksi minik avtomobillərinin xarici tərtibatına dair tələblər
- Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur), hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaq-lılardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır.
- Taksi minik avtomobilində Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən eyniləşdirmə nömrəsi, onun loqosu, qısaldılmış adı və ya abreviaturası, habelə Agentliyin çağrı mərkəzinin nömrəsi olmalıdır. Eyniləşdirmə nömrəsi, loqo, qısaldılmış ad və ya abreviatura və çağrı mərkəzinin nömrəsi hər bir avtomobilin banında ön sağ və sol qapılarının üstündə yerləşdirilməlidir. Hərf və rəqəmlərin hündürlüyü 80 mm olmalıdır.
- Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi rəngdə olmalıdır.
- Taksi minik avtomobillərinin fərqləndirici nişanı göy-sarı və ya qara-ağ rəngdə olmalıdır.
- Fərqləndirici nişanlar trafaret üzrə və ya dekalkomaniya üsulu ilə (boya ilə) çəkilməlidir.
- Taksi minik avtomobillərinin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında həmin avtomobilin boş və ya dolu olduğunu bildirən, müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan xüsusi işıq cihazı yerləşdirilə bilər.
- Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin yanlarında “Airport taxi” fərqləndirici nişanı olmalıdır.
Taksi minik avtomobillərinin daxili tərtibatı
- Taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli və Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən fərdi kod nömrəsi, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı göstərilən110x60 mm ölçüdə məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilinin sürücü ilə bağlı informasiya lövhəsinin nümunəsi 8 nömrəli əlavədə verilmişdir.
- Taksi minik avtomobilləri taksometr aparatı və ya müvafiq proqram təminatı ilə təchiz edilməlidir.
- Taksometr taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır.
- Taksi minik avtomobillərinin oturacağında, oturacaq üzlüyündə, döşəmə xalçasında və ya digər daxili hissəsində heç bir qüsur olmamalıdır. Ön və arxa oturacaqların üzərini örtmək üçün tikilmiş örtüklərin istifadəsinə icazə verilmir. Örtük kimi avtomobil yorğanlarının istifadəsinə icazə verilir. Salonun daxili bütövlükdə təmiz, səliqəli olmalı və xoşagəlməz qoxular olmamalıdır.
- Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görülə bilən yerdə daşınma haqqının tarifləri əks olunmuş lövhə asılmalıdır. Beynəlxalq hava limanında taksi kimi istifadə edilən minik avtomobillərində daşıma haqqı tarifləri Azərbaycan və ingilis dillərində göstərilməlidir.
- Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir.
- Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobillərində, eləcə də beynəlxalq hava limanında sərnişindaşıma xidməti üçün istifadə olunan taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.
Telegram kanalımız