Bu tikinti şirkətləri haqda şikayətlər pik həddə - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bu tikinti şirkətləri haqda şikayətlər pik həddə - SİYAHI

İqtisadiyyat

08 Fevral 2019 13:58 2457


2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti ilə bağlı şikayət edib.

“Yeni Sabah” xəbər verir ki, həmin şirkətlərin siyahısı açıqlanıb. Məlumata görə, vətəndaşlar çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət ediblət.

Həmin şirkətlərin siyahısı: "Hermes-S”, "Murad M.S.”, "İnteks”, "Grand Plaza”, "Elite City”, "N Turan”, "Pearl Construction”, "TFM Smart Project”, "Fədək”, "Sizin mənzil”, "NV Construction”, "Dönüş-1”, "MVVL Verus Praedium”, "Azadlıq Residence”, "Pilot-1”, "FVS İnşaat”, "Rahatlığın məkanı”, "Poleks”, "Park Bayil”, "İnşaat Konstruksiyaları”, "Draft Construction”, "Qlobal-SF”, "Malibo”, "Avrasiya Construction”, "İnkişaf-S”, "SKY Residence”, "Xəmsə-İnşaat”, "Buta Qroup”, "Cavid 2016”, "Rahat Həyat”, "Qismət-M Construction”, "Archico” MMC-lər, "Sabah Residence”, "Best Construction”, "Regal Residence”, "Orbita”, "Merkuri”, "Pilot İnşaat A”, "Yeni ev -19”, "Məkan”, "EDİF”, "Mahal”, "Teymuroğlu”, "Olympus Park”, "Bəhrə”, "İqtisadçı-2005”… pizza mizza

Eyni zamanda, vətəndaşlar "Belıy lebed”, "Rahatlığın məkanı”, "Burhan”, "Altes Park”, "AAAF” yaşayış komplekslərində illərdən bəri idarəetmədə mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!