Bu türk yeməyi dünyanın ən pis yeməyi seçildi

saytların hazırlanması

Evə çatdırılma

Bu türk yeməyi dünyanın ən pis yeməyi seçildi

Maraqlı

14 Yanvar 2025 10:27 499


Dünyanın ən prestijli qastronomiya platformalarından biri olan TasteAtlas 2024-cü ilin ən aşağı bal toplayan yeməklərini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu il "dünyanın ən pis yeməkləri" siyahısına Türkiyədən daha bir yemək daxil edilib.

Platforma bu dəfə 100 yeməyi qiymətləndirərək, ən pis reytinq alanları açıqlayıb. Siyahıda Finlandiya birinci yeri tutarkən, İspaniya və İsveç kimi ölkələr də yüksək pillələrdə yer alıb. Türkiyədən isə bu il kapuska 2,8 bal toplayaraq dünyanın ən pis yeməkləri arasında göstərilib. Kapuska kələm, düyü və bəzən ətlə hazırlanan ənənəvi bir yeməkdir və xüsusilə Qara dəniz və Anadolu mətbəxində məşhurdur. Pepperoni pizza

Keçən il isə kələm supu "dünyanın ən pis yeməkləri" siyahısına daxil edilmişdi. Bu il Türkiyədən başqa bir yeməyin də siyahıya daxil edilməsi, sosial mediada türk mətbəxi ilə bağlı müzakirələrə səbəb olub. Lakin, qeyd edək ki, TasteAtlas-da türk mətbəxi həm də ən yaxşı yeməklər arasında yer alır, belə ki, türk kababları, paxlava və mantı tez-tez müsbət qiymətləndirilən yeməklər arasındadır./Milli.Az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!