“Bu, Üçüncü Dünya müharibəsidir” - Medvedev

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Üçüncü Dünya müharibəsidir” - Medvedev

Dünya

22 Fevral 2024 12:03 563


Referendumların nəticələrinə görə yenidən Rusiya Federasiyasına birləşdirilən Donbass və "Novorossiya"nı Rusiyadan almaq cəhdləri qlobal münaqişəyə gətirib çıxaracaq.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, Qərbdə Rusiya Federasiyasının Ukrayna mühüribəsində qalib gəlməsinin qarşısını alma çağırışlarına münasibət bildirib. pizza

“Bu nə deməkdir – “qələbənin qarşısını almaq”? Kiyev hansı şərtlərlə danışır? Yəni referendum nəticəsində Rusiya Federasiyasına daxil edilmiş və yeni ilhaq edilmiş ərazilərimizi, Rusiyaya qayıdan federativ subyektlərimizi Rusiyadan almaq? Aydındır ki, bu, qlobal fəlakətdir, bu, real, tamhüquqlu Üçüncü Dünya müharibəsidir”, - deyə Medvedev vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!