“Bu, Ukrayna hakimiyyətinin növbəti cinayətidir” -   Azərbaycanlı ekspert Kiyevi ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Ukrayna hakimiyyətinin növbəti cinayətidir” - Azərbaycanlı ekspert Kiyevi ittiham etdi

Siyasət

16 Noyabr 2022 14:35 1444


“G20 Zirvəsi günlərində Rusiya növbəti dəfə Ukrayna ərazilərini genişmiqyaslı raket atəşinə tutub. Bununla da Rusiya hakimiyyəti G20-nin Rusiyaya təzyiq vasitəsi ola bilməyəcəyi mesajını çatdırmağa çalışıb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Anar Əliyev deyib.

O əlavə edib ki, bu prosesdə Ukrayna tərəfi, xüsusilə də Ukraynanın hazırkı "aktyor truppası" vəziyyətdən sui-istifadə edərək gərginliyi daha da artırmaq, eləcə də NATO-nu prosesə cəlb etmək üçün Polşa ərazisinə öz ərazilərindən bir neçə raket atışı həyata keçirib.  pizza hut

A.Əliyevin sözlərinə görə, Kiyev məhz NATO Nizamnaməsinin 5-ci bəndinin işə düşməsinə çalışıb.

“Co Baydenə də bu barədə suala cavab verilərkən o, “raketin Rusiyadan atılması ilə bağlı dəqiq məlumatımız yoxdur” deyib. Amma bu gün ABŞ rəsmiləri raketin məhz Ukrayna ərazisindən atıldığını söyləyiblər.

Rusiya işğalçı dövlət olsa da, Ukrayna hakimiyyəti münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Bu, Kiyevin Rusiyaya qarşı mübarizə aparan Qərb qüvvələrinin əlaltısı və oyuncağı olduğunu bir daha göstərir. Eyni zamanda, Ukraynanın NATO-nu prosesə cəlb etmək və NATO-nu münaqişənin aktiv iştirakçısına çevirmək cəhdlərinin alınmaması fonunda Ukrayna hakimiyyətinin növbəti cinayətkar davranışıdır”.

A Əliyev hesab edir ki, Ukrayna xalqı baş verənlərdən düzgün nəticə çıxarmalı və hər gün minlərlə dinc sakinin ölümündə Rusiyanın cinayətkar hərəkətləri ilə yanaşı mövcud “Xalqın xidmətçisi” rejiminin də məsuliyyətsiz və diletant davranışlarının əsas rol oynadığını dərk etməlidir:

“Müharibə Rusiyanın işğalçılıq siyasətindən əl çəkməsi ilə yanaşı, həm də Ukraynadakı rejiminin nəhayət ki, mahiyyətinin dərk edilməsi və hakimiyyətdən uzaqlaşdırılması ilə yekunlaşacaq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!