Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirir.
“Yeni Sabah” xəbər verir ki, sərgidə universitetin tələbələrinin 36 rəsm və əl işi nümayiş olunur. Onların arasında ən qiymətlisi dəyəri 5 min manatdan baha olan gəmi maketidir. Maketi almaq üçün sahibinə 5 min manat təklif olunsa da, o, əsərini satmaqdan imtina edib.
Sərgidə nümayiş olunan bütün əl işi və rəsm əsərləri şifrələnib, qaliblərin seçimi gizli üsulla aparılır. pizza mizza
Qaliblərin mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.


Telegram kanalımız