Bu uşaq yeməklərini almayın -   Təhlükəli maddə aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bu uşaq yeməklərini almayın - Təhlükəli maddə aşkarlandı

Sağlamlıq

22 Yanvar 2026 11:35 632


İsveçrədən Azərbaycana gətirilən uşaq yeməklərində çirkləndirici aşkarlanıb.  

Bu barədə “Yeni Sabah”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub. pizza sifarişi

Məlumata görə, bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!