Bu vodkalar qadağan edilir - Agentlik hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bu vodkalar qadağan edilir - Agentlik hərəkətə keçdi

Sağlamlıq

16 Noyabr 2019 10:17 1350


Rusiya Federal Spirt Bazarı Tənzimləmə Agentliyi bitki mənşəli olmayan vodkaları qadağan etməyə hazırlaşır.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, tərkibində süni dadlandırıcılar olan və bəzək məqsədilə içərisinə müxtəlif əlavələr edilən vodkaların istehsalı dayandırılacaq. 

Qadağa 2021-ci ildə qəbul olunacaq. Qanuna görə, vodkaya qızıl və gümüş lapa, medalyon, pul, vanil və arıcılıq məhsullarının əlavə edilməsi də qadağan olunacaq.  pizza

İstehsalçılar isə bildirirlər ki, yeni qanun bazarda məhsul çeşidliliyinin azalmasına səbəb olacaq.

Qeyd edək ki, hazırkı Rusiya standartlarına görə, vodkaya ən çox 3 qram ağırlığında gümüş və ya qızıl sikkə, möhür əlavə edilə bilər. Bu cür içkilər xüsusi günlər üçün istehsal edilir və xeyli baha qiymətə satılır. 

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!