Bu vulkan yenidən püskürə bilər – Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bu vulkan yenidən püskürə bilər – Xəbərdarlıq

Sosial

18 Fevral 2019 12:39 851


Ölkənin ən təhlükəli vulkanlarından biri olan Bozdağ-Qobu vulkanı bu il ərzində püskürə bilər.

Bu barədə Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev deyib. O bildirib ki, vulkan püskürərsə yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yarana bilər. Elə buna görə də bəzi sakinlər indidən mənzillərini satışa çıxarıb.

Belə ki, Şamaxıda zəlzələnin baş verməsi Bozdağ-Qobu vulkanının da püskürmə ehtimalını artırıb. Bozdağ-Qobu vulkanı, ilk dəfə 1827-ci ildə püskürüb. 1974-cü ildə bu vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda 300 min kub metr həcmində vulkan palçığı əraziyə yayılıb. Dördpendirli pizza

Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər hər an baş verə biləcək hadisədən qorxduqlarını bildirirlər.

Qeyd edək ki, Bozdağ-Qobu vulkanı ən təhlükəli vulkanlardan biri hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!