“Bu xəritəni təqdim etsək,  ermənilər narazı qalmayacaq” -   Sensasion təklif

saytların hazırlanması

Evə çatdırılma

“Bu xəritəni təqdim etsək, ermənilər narazı qalmayacaq” - Sensasion təklif

Siyasət

03 Oktyabr 2022 16:39 5167


“Əslində, söhbət ondan gedir ki, “1919-1920-ci illərin xəritəsi” anlayışında 1920-ci illər sözü 1929-cu ilə qədərki dönəmi də əhatə edir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

O, Ermənistanın hakimiyyətyönlü “Haykakan Jamanak” qəzetinin ortağa atdığı iddiaya münasibət bildirib. pizza sifarişi

Xatırladaq ki, erməni nəşrinin iddiasına görə, Azərbaycanın Ermənistandan əsas tələbləri ərazi bütövlüyünün tanınması, Qarabağdakı “müdafiə ordusu”nun tərksilah edilməsi, habelə ermənilərin status istəklərinə son qoyulması, Zəngəzurdan dəhlizin verilməsi, delimitasiya və demarkasiya işinin 1919-1920-ci illərin xəritələrinə əsasən aparılması və itkin düşən azərbaycanlıların taleyinin müəyyənləşdirilməsidir.

Ə. Əlibəyli mövzu ilə bağlı bildirib ki, 1920-ci illərin birinci və ikinci yarısına ərazi məsələsi kontektsindən baxdıqda, fərqli mənzərə görünür:

“Azərbaycanın hüquqi, siyasi və tarixi şəkildə irəli sürdüyü tezis Ermənistanı güzəştə getmək məcburiyyətində qoymaq üçündür. Bu baxımdan, əgər “1920-ci illər xəritəsi” deyib, hazırda isə Ermənistan ərazisindən dəhliz istəyiriksə, onlar bunu qiymətləndirməli və seçim etməlidirlər.

İkincisi, “Haykakan Jamanak” qəzeti bu iddianı tələb kimi təqdim edib. Lakin Azərbaycan Prezidentinin belə bir ifadəsi var ki, bizdə 1920-ci illərin xəritəsi var və delimitasiya prosesi həyata keçirilməlidir”.

Müsahibimizin sözlərinə görə, hazırda iki ölkə arasında tanınma ilə bağlı razılaşma yoxdur:

“Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. O baxımdan, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində deyil. Belə bir hüquqi boşluğa görə, Azərbaycan tərəfi açıq şəkildə tələb edir ki, “gəlin, tanıyın, görək, siz Ermənistan ərazisini hansı xəritə ilə tanıyırsınız”. Elə Azərbaycan Prezidentinin də dediyi budur. Həmçinin, ölkə başçısının demək istədiyi həm də odur ki, nə qədər ki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, öz ərazisi ilə bağlı hansısa hüquqi bütövlükdən və suverenlikdən danışa bilməz”.

“Qaldı ki Ermənistan ərazisindən keçən dəhlizin açılma məsələsinə, şübhəsiz, dəhlizin açılma məsələsi 10 noyabr üçtərəfli razılaşmasında yazılıb. Ermənistan bundan da imtina etdi, lakin Azərbaycan tərəfinin Rusiya ilə birgə məsələyə verdiyi şərh də bundan ibarət idi ki, bölgədə kommunikasiyaların açılmasına yönəlik Ermənistanın öhdəliyi var. Yəni onun içərisində Ermənistan ərazisindən Naxçıvan və Zəngilanı birləşdirəcək avtomobil və dəmiryolları da aid olmalıdır”, – deyə Ə. Əlibəyli əlavə edib. – Məncə, Ermənistan rəhbərliyi 10 noyabr anlaşmasına əməl edib bu dəhlizi verməlidir. İkinci növbədə, onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Tanımasa, Azərbaycan müzakirə predmetinə çıxarıb 1919-cu ilə aid xəritəsini təqdim etsə, heç kəs bu mənada hüquqi baxımdan bizə etiraz göstərə bilməyəcək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!