Bu xidmətlərin də qiyməti bahalaşacaq - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bu xidmətlərin də qiyməti bahalaşacaq - Açıqlama

Sosial

01 Fevral 2021 07:30 2536


Tarif Şurasının içməli suyun qiymətinin ikiqat qaldırılması barədə qərarını ekspert Natiq Cəfərli şərh edib.

“Yeni Sabah” xəbər verir ki, N.Cəfərli hər şeydən öncə Azərsu ASC-nin rentabelli işləməməsinin səbəbinin axtarılmalı olduğunu bildirib. Onun sözlərinə görə, aidiyyəti məmurların qiymət şişirtməsi və yeyinti ilə vurduğu ziyanların üzə çıxarılmalı, aydınlaşma aparılmalı, sonra qərar verilməli idi. İndiki halda isə məmurların bu yeyintisi əhalinin hesabına kompensasiya edildi.

O, həmçinin vurğulayıb ki, bu, Azərsu ASC-nin xarici şirkətlərə satılması ehtimalını da artırır. Mümkündür ki, dövlət xarici sərmayələri cəlb etmək üçün su satışını xarici ölkə şirkətinə satsın. Sezar pizza

Buna əsaslanaraq, N.Cəfərli elektrik enerjisi və təbii qazın da qiymətinin artırılacağını proqnozlaşdırıb.

Daha ətraflı videoda:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!