“Bu yaramaz Putin...” – Zelenskidən sərt sözlər 

saytların hazırlanması

Evə çatdırılma

“Bu yaramaz Putin...” – Zelenskidən sərt sözlər 

Dünya

24 Mart 2024 07:58 1074


Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktına münasibət bildirib.

"Dünən Moskvada baş verənlər açıq-aydındır, amma Putin və başqa fırıldaqçılar bunu başqasının üstünə atmağa çalışırlar. Onların həmişə eyni üsulları var. Bu, artıq olub. Evlər partladıldı, atışmalar oldu, partlayışlar oldu. Və onlar həmişə başqalarını günahlandırırlar”, - deyə Zelenski axşam videomüraciətində bildirib.

Prezident qeyd edib ki, ruslar Ukraynaya gəlib şəhərləri yandırır və Ukraynanı günahlandırmağa çalışırlar. "Onlar bizim xalqımıza işgəncə verir, zorlayırlar, həm də ittiham edirlər. Onlar yüz minlərlə terrorçunu bura - Ukrayna torpağına gətiriblər, bizə qarşı vuruşurlar və öz ölkələrinin daxilində baş verənlərlə maraqlanmırlar. Bütün bunlar dünən baş verib. Bu yaramaz Putin isə Rusiya vətəndaşları ilə məşğul olmaq, onlara müraciət etmək əvəzinə, bir gün susdu, bunu Ukraynaya necə “calamaq” barədə fikirləşdi. Hər şeyi tamamilə proqnozlaşdırılandır", - dövlət başçısı bildirib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!