Bu yaşayış massivinin yolları yenidən qurulur

saytların hazırlanması

Evə çatdırılma

Bu yaşayış massivinin yolları yenidən qurulur

Sosial

12 Fevral 2019 20:32 860


Qala-Pirallahı avtomobil yolundan ayrılan Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması işlərinə başlanılıb. 

Agentlikdən “Yeni Sabah”a verilən məlumata əsasən, Gürgən qəsəbəsində yolun uzunluğu 2 km, Zirə qəsəbəsinin  “Qoşa Qışlaq” yaşayış massivinin yolunun  uzunluğu isə 1.5 km təşkil edir. Hər iki yol 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bura 7 metr hərəkət hissə, hər bir istiqamət üzrə 2.5 metr çiyinlər də daxil olmaqla yol yatağının eni 12 metr təşkil edəcək.

Sözügedən yolların uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğu və əksər hissələrinin torpaq əsaslı olduğu üçün yolların örtüyü deformasiyaya uğrayıb, çalalar əmələ gəlib. Bu isə payız-qış aylarında yollar boyu hərəkətdə prolemlərə səbəb olurdu. Hazırda layihə çərçivəsində bu problemlərin aradan qaldırılması üçün köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağının  deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Toyuqlu pizza

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli  bildirib ki, torpaq yatağının tikintisi işlərinin ardınca əsasın inşası aparılacaq:

“Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Daha sonra isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışıqlarından yeni asfalt-beton örtüyü salınacaq, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidiləcək."

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!