Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrdə yanğınların qarşısının alınması məqsədilə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Yenisabah.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov məlumat verib.
O, qeyd edib ki, nazirlik may ayı ərzində ictimaiyyətlə görüşərək maarifləndirmə tədbirləri görəcək:
“Meşə yanğınları ilə bağlı müzakirələrimiz oldu. Ekologiya Nazirliyinin müvafiq idarəsi bizə siyahı verib, onlar may ayı ərzində görüşlər keçirəcəklər. Onlar ictimaiyyətlə əlaqə qurub yerli səviyyədə ictimaiyyəti maarifləndirmə işləri görəcəklər. Orada biz - ictimai şura üzvləri də iştirak edəcək. Həmin maarifləndirmə işinə biz də qoşulacağıq”.
A.Məmmədovun sözlərinə görə, bu mövzuda gənclərə çıxış daha vacibdir, buna görə də Təhsil Nazirliyi ilə birgə tədbirlərin həyata keçirilməsi planlanır:
“Bundan əlavə, biz QHT-lər olaraq bu məsələ ilə bağlı qərara gəldik, Təhsil Nazirliyinin ictimai şurasının sədri ilə danışmışıq. Onlarla da görüş keçirəcəyik, may ayı ərzində müxtəlif təhsil müəssisələrində də aksiyalar keçirməyi planlayırıq.
Gənclərlə dərsdən kənar söhbətlər, müəyyən bukletlərin hazırlanması nəzərdə tutulub. Yay ərzində gənclər səyahət etdikdə, piknikə getdikdə yanğın təhlükəsizliyinə necə riayət etmələri ilə bağlı maarifləndirmə işləri aparacağıq. Bununla bağlı gələn həftə Təhsil Nazirliyinin İctimai Şurası ilə görüşümüz planlanıb.
Bu mövzuda gənclərə çıxışa ehtiyac olduğuna görə, onlarla çıxışın daha effektiv olacağı qərarına gəldik”.
Qeyd edək ki, hər il başqa ölkələrdə olduğu kimi kimi Azərbaycanda da yay aylarında tez-tez meşə yanğınlar olur. Bu, ən müxtəlif səbəblərdən baş verir. ETSN ilə yanaşı bu hadisə ilə bağlı səlahiyyətli olan digət dövlət qurumlarının da qabaqlayıcı tədbirlər görməsi xüsusi əhəmiyyət daşıyır. Amma yay fəslinin yaxınlaşmasına baxmayaraq bu istiqamətdə ciddi hələlik hər hansı tədbirlərin görülməsi haqda məlumat yoxdur. pizza sifarişi
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız