Binəqədi şosesi ilə Bakı Beynəlxalq Avtovağzalı birləşdirən və 6 km uzunluğa malik avtomobil yolunda hərəkətdə dəyişiklik edilib.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması layihəsinə uyğun olaraq Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.
Mövcud dairə genişləndirilib, yeni təhlükəsizlik adacıqları yaradılıb, səki və təhlükəsizlik adacıqlarına 6 min kv.m-ə yaxın bəzək daşları düzülüb, yeni üfüqi nişanlanma xətləri çəkilib, 20 min kv.m-ə yaxın sahədə yeni yol infrastrukturu yaradılıb. Dördpendirli pizza
Telegram kanalımız