Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospektinin Qara Qarayev prospekti və Bəşir Bünyadov küçələri ilə kəsişməsində bu gün axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Bu barədə “Yeni Sabah”a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bundan başqa anoloji işlərin axşam saat 22:00-dan səhər saatlarına kimi isə Heydər Əliyev prospektinin hər iki istiqamət üzrə köməkçi yollarında da aparılacağı bildirilib.
Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Dördpendirli pizza
Telegram kanalımız