Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri ilə əlaqədar olaraq yol boyu sürət həddi 70 km/saat-a qədər endirilir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Sezar pizza
Telegram kanalımız