Bu yolda təmir işləri başa çatır

saytların hazırlanması

Evə çatdırılma

Bu yolda təmir işləri başa çatır

Sosial

01 Fevral 2019 22:16 1194


Yuxarı Qarabağ Kanalı-Beyləqan avtomobil yolu yaxın günlərdə istifadəyə veriləcək .

“Yeni Sabah” xəbər verir ki, Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun  avtomobil  yolunun 0-10 km-lik hissəsi uzun illər  təmir olunmadan  istifadə edildiyindən və təbii faktorların təsirindən asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və çökmələr əmələ gəlib.

Sözügedən avtomobil yolu iki hissə üzrə yenidən qurulur. 1-ci hissə youn 0-10 km-liyini, 2-ci hissə isə 10-15 km-liyini əhatə edir. Pepperoni pizza

Layihəyə uyğun olaraq 6700 kub.m. həcmdə yararsız asfalt beton örtüyü sökülüb, torpaq yatağının  40 min kub.m həcmdə deformasiyaya uğramış hissələri ekskovatorla  qazılaraq çıxarılıb. 

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflibildiirb ki, layihə çərçivəsində yolun 1,7 və 14-cü km-liklərində yerləşən 48, 21, 22.5 və 19 metr uzunluqlara malik 4 mövcud körpünün məhəccərləri  sıradan çıxmış, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız  vəziyyətə  düşdüyündən sözügedən körpülərdə təmir işləri də aparılır: “Artıq yolun 1-ci və 7-ci km-də yerləşən 48 və 21 metr uzunluğa malik  iki körpüdə yeni körpü məhəccərləri quraşdırılıb. Köhnə dəmir-beton gediş tavası və təkərqaytaranlar sökülərək monolit dəmir betonla yeniləri inşa edilib və asfaltlanma işləri aparılıb.”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!