7 fevral tarixindən etibarən Bakı Dairəvi -1 avtomobil yolunun Lökbatan dairəsindən şəhər istiqamətində yolun 5 km-lik hissəsində təmir-bərpa işlərinə başlanılır.
Bu barədə “Yeni Sabah”a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Dominos pizza
Telegram kanalımız