Bu yollarda hərəkət tam məhdudlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu yollarda hərəkət tam məhdudlaşdırılacaq

Avto

23 İyul 2019 12:43 1331


Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.

"Yeni Sabah" bildirir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, velosiped yarışlarının keçirilməsi ilə əlaqədar olaraq 23 iyul tarixində saat 16:00-dan 20:00-a qədər Salyan yolunun 14-cü km-dən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq: Marqarita pizza

"Eyni zamanda iyulun 24-ü və 25-də əsas yarışların keçirilməsi ilə əlaqədar olaraq Azneft dairəsindən başlayaraq Saylan şosesinin 14-cü km-ə qədər, həmçinin Bayıl qəsəbəsi istiqamətində olan küçə və prospektlərdə səhər saat 9:00-dan 13:00-a və 16:00-dan 20:00-a qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!