Bu yollarda rənglənmə işləri aparılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu yollarda rənglənmə işləri aparılacaq

Avto

21 May 2019 10:46 1347


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Mərdəkan avtomobil yol qovşağından Buzovna dairəsinə kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.  

Bu barədə “Yeni Sabah”a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.  Bundan başqa üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsindən Vaz dairəsinə qədər hissədə də aparılacaq. İşlər axşam saat 22:00-dan səhər saatlarınadək davam edəcək.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!