Bu zavodun vəzifəli şəxsi cərimələndi - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Bu zavodun vəzifəli şəxsi cərimələndi - SƏBƏB

Sosial

16 Avqust 2024 20:34 720


Sabunçu rayonunda fəaliyyət göstərən zavoddan havaya tüstünün yayılması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntü Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Yenisabah.az xəbər verir ki, xidmət rəsmisi Qafar Ağayev Azərtac-a bildirib ki, araşdırma zamanı həmin müəssisənin “17 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodu olduğu müəyyən edilib. Zavodda təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya tüstünün yayıldığı məlum olub.

Faktla bağlı MMC-yə məsul şəxs Elşad Həsənov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, filtrlərin vaxtında dəyişdirilməsi üçün məcburi göstəriş verilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!