“Bu Zəfər İlham Əliyevin və Azərbaycan əsgərinin əzmi sayəsində qazanılıb”

saytların hazırlanması

Evə çatdırılma

“Bu Zəfər İlham Əliyevin və Azərbaycan əsgərinin əzmi sayəsində qazanılıb”

Siyasət

08 Noyabr 2022 16:53 896


Azərbaycanın Zəfər Gününün ikinci ildönümünü qeyd edirik. İşğal altındakı Qarabağ Vətən müharibəsi nəticəsində artıq əbədi olaraq Azərbaycan torpağıdır.

Bu fikirlər Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin ölkəmizin şanlı Qarabağ Zəfəri ilə bağlı açıqlamasında yer alıb.

Bu tarixi Zəfərin Prezident İlham Əliyevin möhkəm iradəsi, qəhrəman Azərbaycan əsgərinin əzmi sayəsində qazanıldığını qeyd edən A.Suver bu əlamətdar bayram günündə tarixi Zəfərə gedən yola rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, xalqımızı və qəhrəman Azərbaycan əsgərini təbrik edib. pizza mizza

Professor deyib: “Bu Zəfər nəticəsində Azərbaycan uzun illər işğal altında qalan torpaqlarını azad etdi, işğalçı Ermənistanı torpaqlarından geri çəkilməyə məcbur etdi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq dastanı yazdı. Əməliyyatın başladığı 27 sentyabr tarixi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Anım Günü, Ermənistanın müharibədə məğlub olduğu 10 noyabr isə Zəfər Günü elan edildi. Bu tarixi günün Türkiyə xalqının ulu öndəri Mustafa Kamal Atatürkün ölüm günü ilə üst-üstə düşməsi səbəbindən Zəfər Günü Şuşanın işğaldan azad edildiyi 8 noyabrda qeyd olunur. Müharibənin ilk anlarından başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin dövlət rəsmiləri və bütövlükdə bütün türk xalqı Azərbaycanın yanında oldu. Türkiyənin bu dəstəyi Azərbaycan xalqına və Ordusuna daha böyük güc və ruh yüksəkliyi verdi. Bu müharibə bir daha bizə göstərdi ki, Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir.

“Mərmərə Qrupu Vəqfi olaraq Azərbaycanın böyük Zəfər Gününü qeyd edir və dünyaya səslənirik: “Qarabağ Azərbaycandır!

Şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyir, Prezident İlham Əliyev başda olmaqla qəhrəman Azərbaycan Ordusunu və azərbaycanlı qardaşlarımızı təbrik edirik”, - deyə A.Suver qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!