“Buçada baş verənlərin Rusiya ordusuna aidiyyatı yoxdur” - Putin

saytların hazırlanması

Evə çatdırılma

“Buçada baş verənlərin Rusiya ordusuna aidiyyatı yoxdur” - Putin

Dünya

26 Aprel 2022 23:33 891


“Ukraynanın Buça şəhərində baş verənlərin Rusiya ordusuna heç bir aidiyyatı yoxdur. Lakin Moskva bu təxribatı kimin törətdiyini bilir”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BMT-nin Moskvada səfərdə olan Baş katibi Antonio Quterreşlə görüşdə deyib.

Putin bildirib ki, İstanbulda Rusiya-Ukrayna danışıqlarında ciddi irəliləyişə nail olunub. Lakin danışıqları davam etdirmək üçün açıq niyyət olduğu anda Moskva belə bir təxribatla üzləşib. Bundan sonra vəziyyət köklü şəkildə dəyişib. Toyuqlu pizza

Putin qeyd edib ki, hadisələrin Rusiya ordusuna heç bir aidiyyatı olmasa da, Moskva bu təxribatı kimin və hansı vasitələrlə törətdiyini bilir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!