Buçada qətliam:   Rusiya ordusunun bu cinayəti soyqırımıdır?

saytların hazırlanması

Evə çatdırılma

Buçada qətliam: Rusiya ordusunun bu cinayəti soyqırımıdır?

Siyasət

04 Aprel 2022 11:55 592


“Bunu soyqırımı aktı kimi dəyərləndirmək səhv olar. Çünki soyqırımı hansısa bir etnosu məqsədli şəkildə məhv etməyə yönəlmiş cinayətdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O, Ukrayna ordusunun paytaxt Kiyev yaxınlığında işğaldan azad etdiyi Buçada tapılan 400-dən çox mülki vətəndaşın meyiti barədə səsləndirilən “soyqırımı” iddiasına münasibət bildirib: Sezar pizza

“Rusiya ordusunun ukraynalıları məqsədli şəkildə məhv etdiyini demək, məncə, düzgün olmaz. Bəli, Rusiya dövləti mülki yaşayış obyektlərinə zərbə endirir, Rusiya dövləti Ukrayna şəhərlərini, qəsəbələrini, kütləvi yaşayışı məskənlərə atəşə tutur, amma məqsəd ukraynalıları və ayrı-ayrı etnosları məhv etmək deyil, ərazini işğal etməkdir. Yaxud Kremlin təbirincə, Ukraynanın demilitarizasiyası, denazifikasiyası və Ukrayna hakimiyyətini apardığı strateji xəttdən, Qərb yönümlü siyasətdən geri çevirməkdir.

Həm Kremlin yaydığı narrativlər, həm də ümumi obyektiv mənzərə onu deməyə əsas verir ki, bu, soyqırımı deyil. Yəni hadisələrə soyqırımı cinayəti kimi yanaşılmama, əslində, düzgündür”.

Ekspertin fikrincə, Qərb Ukrayna böhranının uzanmasında maraqlıdır:

“Əslində, müharibənin elə ilk günlərindən Qərbdə belə bir yanaşma ön plana çıxmışdı. Söhbət ondan gedir ki, müharibə uzandıqca, Rusiyanın gücü tükənir, artıq digər Avropa ölkələrinə hərbi müdaxilə etmə imkanları tamamilə aradan qalxır. Çünki Qərbdə düşünürdülər ki, Rusiyanın hədəfi təkcə Ukrayna deyil, Polşa, Latviya, Litva, Estoniya, eləcə də şimalda Finlandiya kimi ölkələrə də müdaxilə edə bilər.

Bu baxımdan, kollektiv Qərb maraqlıydı ki, Rusiya Ukraynada bataqlığa sürüklənsin, digər Avropa ərazilərində hərbi kampaniya həyata keçirmək niyyətindən daşınsın”.

Ceyhun Əhmədlinin sözlərinə görə, məsələnin digər tərəfi budur ki, müharibənin uzanması Qərbin özü üçün də ağır sosial-iqtisadi və siyasi nəticələr yaradır:

“Çünki 4 milyona yaxın ukraynalı ölkə sərhədlərini adlayıb və onların təxminən 95%-i Avropa İttifaqı (Aİ) ölkələrinə sığınıb. Bu, Avropada miqrant böhranının yaranması deməkdir və Aİ-də ağır sosial-iqtisadi fəsadlara gətirib çıxarır. Müharibə davam etdikcə miqrantların sayı çoxalacaq və fəsadın miqyası daha geniş olacaq. İkincisi, müharibənin davamı qlobal ərzaq bazarında qiymət artımına gətirib çıxaracaq".

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!