Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkar edilib.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirələrində parlamentin deputat bildirib ki, dövlət büdcəsinə bərpa edilən vəsaitlərin yaranma mənbələri üzrə strukturda vergi və s. ödəmələr 38,4%, digər istiqamətlər 19,8%, tikinti xərcləri üzrə 17,4%, satınalmalar üzrə xərclər isə 10,7% təşkil edib: pizza hut
“Hesabat ilində bərpa edilmiş vəsaitin 33,5%-i büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub”.
Telegram kanalımız