“Büdcədən maliyyələşən təşkilatların sayını artırmaqla məşğuluq“   - Etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Büdcədən maliyyələşən təşkilatların sayını artırmaqla məşğuluq“ - Etiraz

Siyasət

10 Noyabr 2021 13:37 887


“Büdcənin müzakirə sistemi dəyişdirilməlidir”.

Yenisabah.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

S. Rüstəmxanlı bildirib ki, komitələrdə müzakirələrlə bağlı ümumi rəy hazırlanmalı və təqdim olunmalıdır: “Dövlət və hökumət nümayəndələrinin, deputatların təkrar çıxışları olmamalıdır”. pizza mizza

Deputat qeyd edib ki, yanacağın qiymətinin qalxması ilə əlaqədar bütün ərzaq məhsullarının da qiyməti qalxır: “Həm yaşayış minimumu, həm də orta aylıq əməkhaqqı məsələsinə yenidən baxılmalıdır”.

S. Rüstəmxanlı yeni strukturların yaranmasına da toxunub: “Büdcədən maliyyələşən təşkilatların sayını artırmaqla məşğuluq. Biz bu sayı azaltmalıyıq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Belə çıxır ki MM YALNIZ LAYİHƏLƏRİ TƏSDİQ EDİR. SEÇİLMƏYƏN TARİF ŞURASI. (ƏSLİNDƏ QİYMƏT QALDIRMA ŞURASI) MM-dən daha böyük səlahiyyətlidir. MM - İN QƏBUL ETDİYİ QANUNLARI PREZİDENT TƏSDİQ EDİR, ANCAQ TŞ-ın qərarı birbaşa qüvvəyə minir.
    5 years ago