2026-cı il üzrə Beynəlxalq Buker Mükafatının qısa siyahısı ("şort list") açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, builki final siyahısında 6 əsər yer alıb. Bunlar Mari NDiayenin “Cadugər”, Ana Paula Mayanın “Yer üzündə olduğu kimi”, Daniel Kelmanın “Rejissor”, Rene Karabaşın “Qalan o”, Şida Bazyarın “Tehranda sakit gecələr” və Yanq Şuan-Tsının “Tayvan səyahətnaməsi” adlı kitablarıdır.
Qalibin adı mayın 19-da Londonda, "Tate Modern" muzeyində baş tutacaq xüsusi mərasimdə açıqlanacaq. Toyuqlu pizza
Beynəlxalq Buker Mükafatının ümumi fondu 50 min funt sterlinqdir (112 560 manat). Həmin məbləğ müəllif və tərcüməçi arasında bərabər şəkildə paylaşdırılır.
Qısa siyahıya düşən hər bir əsərə 5 min funt sterlinq verilir. Bu məbləğin 2,5 min funtu müəllifə, 2,5 min funtu isə tərcüməçiyə təqdim olunur.
Əsmətxanım
Telegram kanalımız