“Bulaq suyu ilə bağlı səsləndirdiyim fikirlər təhrif edilib”

saytların hazırlanması

Evə çatdırılma

“Bulaq suyu ilə bağlı səsləndirdiyim fikirlər təhrif edilib”

Siyasət

13 Mart 2019 21:16 1138


“Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bulaq suyu ilə bağlı işlətdiyim fikirlər sonradan təhrif olunub, fərqli istiqamətdə yozulub”.

Bunu deputat Aydın Hüseynov deyib. O bildirib ki, iclasda bulaq suyundan istifadəyə qadağa qoyulması fikrini səsləndirməyib.

Deputat deyib ki, iclasda şirin su mənbələrinin, meşələrin qorunmasının, saxlanmasının və istifadəsi ilə bağlı məsələlər müzakirə edilib: “Deputat kimi fikrimi bildirmişəm ki, şirin su mənbələri və meşələr qorunmalıdır. Eyni zamanda demişəm ki, dərələrin qurumaması üçün bulaqlardan səmərəli istifadə olunmalıdır. Bulaq suyundan istifadəyə qadağa qoyulması fikrini səsləndirməmişəm. Mətbuatda fikirlərim bilərəkdən təhrif edilir, şou yaradılır. Bəzi xəbər portalları ziyalıları, deputatları nüfuzdan salmağa çalışırlar”. Marqarita pizza

O qeyd edib ki, deputatların qanunların mahiyyətinə uyğun fikirləri təhrif edilməməlidir: “Milli Məclisdəki prosesləri ictimaiyyətə düzgün çatdırmaq əvəzinə, çaşdırıcı informasiyalar yayırlar, gündəm yaratmağa çalışırlar. Bunlar məqsədyönlü şəkildə həyata keçirilir".

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!