Bülbülədə məsciddə yatan şəxsi öldürənə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Bülbülədə məsciddə yatan şəxsi öldürənə hökm oxundu

Kriminal

05 Mart 2026 10:49 247


Bülbülədə məsciddə yatan şəxsi qətlə yetirməkdə təqsirləndirilən Elvin Məmmədov 17 il azadlıqdan məhrum edilib.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hadisə ötən il Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən "İmamzadə" məscidində baş verib. 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Nadir Səfərovun, 1996-ci il təvəllüdlü Elvin Məmmədov tərəfindən bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Pepperoni pizza

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi açılıb, Elvin Məmmədov Cinayət Məcəlləsinin 120.2.2 ( xuliqanlıq niyyəti ilə adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə məsuliyyətə cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!