Buldozerin ehtiyat hissələrini oğurlayanlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Buldozerin ehtiyat hissələrini oğurlayanlar saxlanıldı

Kriminal

06 Mart 2019 20:55 872


Buldozerin ehtiyyat hissələrini oğurlayan şəxslər saxlanılıb.

DİN- dən “Yeni Sabah”a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kunxırt kənd ərazisində buldozerin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların dəfələrlə məhkum olunmuş rayonun Talabıqışlaq kənd sakinləri Elbrus Şirinov və Nahib Əliyev olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq əməllərini etiraf ediblər. Araşdırmalarla məlum olub ki, E.Şirinov və N.Əliyev kənd ərazisində təmir üçün dayanmış ÇTZ-B-11 markalı buldozerin sürət qutusunu və bir neçə ehtiyat hissələrini oğurlayaraq, sonuncuya məxsus “İj” markalı avtomobilə yükləyib hadisə yerindən uzaqlaşıblar. Sezar pizza

Törətdikləri oğurluq hadisəsi nəticəsində MMC-ə 10.000 (on min) manatdan çox maddi ziyan vuran həmin şəxslər, ehtiyat hissələrini rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsinə dəyərindən dəfələrlə ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən həmin metal qəbulu məntəqəsinin ünvanı müəyyən edilərək oğurlanmış ehtiyyat hissələri maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!