Bulvarda 30 manatlıq çay – Foto

saytların hazırlanması

Evə çatdırılma

Bulvarda 30 manatlıq çay – Foto

Rəsmi

08 İyul 2019 10:26 1731


Sumqayıtın yeni bulvarında açılmış "Posedion” restoranında müştərilərə qarşı  davamlı dələduzluq edilir. 

“Yeni Sabah” BakuPost-a istinadən xəbər verir ki, iki gün əvvəl restoranda müştərilərə menyuda göstərilən qiymətin ikiqatı ödətdirilib.

Belə ki, menyuda təklif olunan iki "Milli şirniyyatla çay” sifariş verib. Menyuda 8 manat göstərilən çayı müştərilərə 16 manatdan hesablayıb, 32 manat pul tələb ediblər. Dominos pizza

Müştəri iki dəfə artıq pulu hansı əsasla istədiklərini soruşduqda bildirilib ki, qiymət qalxıb. Qiymət qalxımının nəcə baş verdiyi və menyuda niyə əksini tapmadığını soruşduqda heç bir məntiqli cavab verilməyib. Müştəri çek tələb etdikdə isə maraqlı bir hala şahidlik edib. 

Təqdim olunan çekdə çayın pulu 30 manat (Biri 15 manatdan) göstərilib. Və ən maraqlısı isə odur ki, çekdə "Milli şirniyyatla çay” əvəzinə menyuda olmayan "Kiçik çay dəstgahı” yazılıb. Bununla da guya, "Milli şirniyyatla çay”ı iki dəfə baha satmağı ört basdır eləyiblər. Müştəri biz  "Kiçik çay dəstgahı” yox, "Milli şirniyyatla çay”ı sifariş vermişik deyəndə, xidmətçi adminstratorla danışmağı məsləhət biliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!