Bulvarda dənizdə batmaq təhlükəsi ilə üzləşən gənc qız xilas olundu   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bulvarda dənizdə batmaq təhlükəsi ilə üzləşən gənc qız xilas olundu - VİDEO

Hadisə

09 Aprel 2026 22:28 580


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib. Sezar pizza

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Əliyeva Nuridə Tapdıq qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!