“Buna heç kimin şübhəsi olmasın!” – Siyavuş Novruzov

saytların hazırlanması

Evə çatdırılma

“Buna heç kimin şübhəsi olmasın!” – Siyavuş Novruzov

Siyasət

30 İyul 2023 09:26 995


“44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı. Ordumuz tərəfindən məhv edilən terrorçular sırasında Xocalı soyqırımının icraçıları da var idi. Hələ o zaman qətiyyətlə ifadə etdik ki, əli Azərbaycan xalqının qanına batmış digər qatillər və canilər də qanun qarşısında cavab verəcəklər və layiqli cəzalarını alacaqlar”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov deyib.

O, bildirib ki, qisas qiyamətə qalmadı: pizza sifarişi

“Daha bir caninin cəzalandırılması yönündə tədbir görüldü. Söhbət Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə soyqırımı həyata keçirən qatil Xaçaturyan Vaqif Çerkezoviçin Laçında ələ keçirilməsindən gedir. 

Azərbaycan qalib və qüdrətli dövlətdir! 

Xalqımıza qarşı cinayət əməlinə yol vermiş bütün canilər ədalət mühakiməsinə cəlb ediləcəklər. Buna heç kimin şübhəsi olmasın!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!