“Buna inanmayana müsəlman kimi də baxılmır“ - Elşad Miri   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Buna inanmayana müsəlman kimi də baxılmır“ - Elşad Miri - VİDEO

Din

29 Avqust 2019 12:36 2839


Gözdəymə və ya başqa adıyla nəzər inamı insanlar arasında çox yayılıb. 

“Yeni Sabah” xəbər verir ki, dinşünas Elşad Miri bu barədə suallara aydınlıq gətirib.  

“Allahın bədnəzərdən xəbəri yoxdur? Göz görmək funksiyasını təmin etdiyi halda, gözdəymə və ya başqa adıyla nəzər inamı insanlar arasında çox yayılıb. Bəzi insanların nəzərlərinin zərərli olduğuna inanılır. Həmin adamların baxışlarının ətraflarındakı insanlara, canlılara, hətta bəzi əşyalara ziyan verdiyinə iman gətirilir. Bu cür halların gözü dəyən adamın özündən asılı olmadan baş verdiyi də həmin inamın tərkib hissələrindəndir. Hətta bu xətər onların öz istəklərindən asılı olmadan yaxınlarına da dəyirmiş. Bu da müxtəlif insanların sözləriylə sınandığına görə əsasa alınır”-deyə bildirib.  pizza

O qeyd edib ki, daha da betəri, gözdəymədən Allahın xəbərinin olmadığı böhtanı da atılır. 

Dinşünasın sözlərinə görə, gözdəymə və ya başqa adıyla bədnəzər inamı o qədər yayılıb ki, buna inanmayana müsəlman kimi də baxılmır: “Bu baxışlarına haqq qazandırmaq üçün həmin xurafatı İslamla əlaqələndirib, Allahın ayələrini də bu məsələyə daxil edir və Peyğəmbərin ağzından buna haqq qazandıran ifadələr rəvayət edilərək inamlarını əsaslandırmağa çalışırlar”

O həmçinin, “Bəs İslamda gözdəymə, nəzər varmı? Quranda həqiqətənmi gözdəymədən və bundan qorunmağın metodlarından bəhs edilir? Peyğəmbərin nəzərin həqiqət olduğunu dediyi rəvayətləri doğrudurmu?”- kimi suallara aydınlıq gətirib. 

 Həmin videonu təqdim edirik. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!