Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağdakı hərbi əməliyyatlardan sonra Ermənistan və Azərbaycan arasında hərbi əsirlərin mübadiləsi üzərində işi davam etdirəcəkdir.
Yenisabah.az xəbər verir ki, bunu təşkilatın prezidenti Peter Maurer “İzvestiya” qəzetinə verdiyi müsahibədə bildirib. “Bəli, Qırmızı Xaç məhbuslarla birbaşa əlaqə qurur. Təcrübəmizi bölüşə bilərik, bir şeyə məsləhət verə bilərik, lakin müvafiq hökumətlər statusu özləri təyin etməli və qiymətləndirməlidirlər. Hər iki tərəflə əlaqə saxlayırıq. Ümid edirəm ki, gələcəkdə Ermənistanda və Azərbaycanda olan bütün məhbuslar üçün problemə bir həll yolu tapmaq mümkün olacaq”, – deyə Maurer təşkilatın məhbuslara səfəri ilə bağlı sualı cavablandırarkən vurğuladı.
BQXK rəhbəri qeyd edib ki, təşkilat nümayəndələri məhbuslara baş çəkiblər, lakin təşkilat həbs şəraitinə ictimai qiymət vermir. Maurer deyib: "İnsanların vəziyyətini qiymətləndirmək üçün onlara baş çəkirik, ancaq bildiyiniz kimi, bu, BQXK üçün gizli bir prosesdir". Dominos pizza
O, BQXK-nın bölgədəki səlahiyyətlilərlə birlikdə çalışdığını sözlərinə əlavə edib.
Telegram kanalımız