Rusiya Ukraynada su anbarını partlatdı: Nüvə silahı işə düşür?

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynada su anbarını partlatdı: Nüvə silahı işə düşür?

Siyasət

06 İyun 2023 11:20 1378


“Rusiyanın Ukraynada təcavüzkar müharibəsi başlanandan Moskva bölgədə ciddi şəkildə müharibə cinayətlərinə yol verir və dinc obyektlərlə yanaşı, dinc əhalini də hədəfə alır”.

Bu sözləri Yenisabah.az-a açıqlmasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O, Rusiya Silahlı Qüvvələrinin Dnepr çayı sahilində yerləşən “Kaxovka” Su Elektrik Stansiyasına zərbə endirməsindən sonra bölgədə baş verə biləcək humanitar fəlakətlərdən, o cümlədən Rusiyanın Ukraynada nüvə silahından istifadə etmə ehtimallarından söz açıb: Dominos pizza

"Su anbarının hədəfə alınması Rusiya hərb tarixində ənənə haldır. Bunu təəccüblü bir hadisə kimi dəyərləndirmirəm. Əksinə, qəsdən törədilib. Çünki Rusiya hazırda Ukraynada düşdüyü bataqlıqdan çıxmaq istəsə də, artıq gecdir və Ukraynada bütün planları puç olub, Rusiya heç bir hədəfinə çata bilməyib. Ona görə də Ukraynanın hələ də təsdiq olunmayan əks-hücum əməliyyatlarının qarşısını bu üsullarla almağa çalışır”.

“Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi ehtimalına gəlincə, əlbəttə, Rusiya bu gün olduqca pronozlaşdırılmamış addımlar atmağa davam edir. Lakin nüvə zərbəsi ehtimalı həddən artıq aşağıdır. Buna inanmıram. Bu, ən son variant ola bilər. Hətta keçən il Rusiya prezidenit Vladimir Putinə də çatdırıldı ki, əgər belə bir addımı atarsa, şəxsən hədəfə alınacaq və dövlət başçısının yerləşdiyi iqamətgahlara zərbə endiriləcək.

Fikrimcə, SES-lərin, mülki obyektlərin və enerji şəbəkələrinin hədəfə alınması göstərir ki, Kremlin başqa variantı yoxdur”, – deyə Oqtay Qasımov fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!