“Bundan sonra sizlərə çox ağır olacaq!” – Fazil Mustafa 

saytların hazırlanması

Evə çatdırılma

“Bundan sonra sizlərə çox ağır olacaq!” – Fazil Mustafa 

Siyasət

10 Aprel 2023 14:02 1230


“Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Facebook” hesabında yazıb.

Bir müddət əvvəl sui-qəsdə məruz qalan millət vəkili əlavə edib ki, hələ ki namaza və oruca fiziki imkanları yol vermir: pizza

“İnşallah ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm. Bu gün köməkçilərimə tapşırıq verdim ki, hər həftə olduğu kimi Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlayaraq evdən seçicilərin onlayn qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazım.

Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca, yeni kitabım üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam. 

Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında! Bu Vətən, bu dövlət, bu millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam!”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!