“Bunlar 25 ildən çoxdur burada gizlədilir...” – Fazil Mustafa

saytların hazırlanması

Evə çatdırılma

“Bunlar 25 ildən çoxdur burada gizlədilir...” – Fazil Mustafa

Xalqın səsi

18 Aprel 2019 00:20 1264


“Azərbaycan İncəsənət Muzeyinin həyətinin arxasında üç iri qabaritli görünməz büst var. Bunlar 25 ildən çoxdur burada gizlədilir və nə baş çəkən, nə də xatırlayan var. Üzeyir bəyin, Xan qızı Natavanın və Bülbülün Şuşanın işğalından öncə Bakıya gətirilmiş büstlərdir bunlar”. 

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, guya vəzifəli şəxslərdən kimsə deyib ki, Şuşa işğaldan azad olandan sonra bu büstləri təkrar doğma məkana qaytaracaqlar. O zamandan da tarixi şəxsiyyətlərimizin büstlərini muzeyin həyətinin arxasındakı dar bir köşədə yerləşdiriblər və deyəsən unudublar ki, burada bu sənət əsərlərinə yolun üstündəki səkidən boylanaraq ancaq baş tərəflərindən baxmaq mümkündür. 

“İdeya olaraq doğrudur, Şuşamız işğaldan azad olunsun, onları da geriyə -öz yerlərinə qaytarmaq vacibdir. Lakin təbliğat üçün qafamızı işlədə bilmədiyimizdən, bu cür abidələrdən də indi necə faydalanacağımızı hələ də müəyyənləşdirə bilməmişik. Düşünürəm ki, Bakı Bulvarına çox sayda insanın, o cümlədən xarici turistlərin baş çəkdiyini nəzərə alaraq orada "Sürgün olunmuş abidələr" adlı bir memorial kompleks yaratmaq olar. Bu üç abidənı də oarada yerləşdirərək, üzərində xarici dillərdə tanıtım məntləri yazaraq, Azərbaycan torpaqlarının işğalı faktına əyani diqqət yönəltmək olar.  pizza sifarişi

Yəni erməni barbarları yalnız insanları deyil, abidələri də öz məkanlarından sürgün ediblər, onlara da atəş açıblar. Bu üç sənət əsəri muzeyin arxasında gizlədilməkdənsə, təbliğat vasitəsi kimi istifadə olunarsa yaxşı olmazmı? 

Üzeyir Bəylə Xurşud Banu Natəvanın kimsəsi qalmayıb, Bülbülün ki, oğlu hörmətli Polad müəllim o boyda Rusiyadakı səfirimizdir, özü də bu abidələr gətirilən vaxtlar mədəniyyət naziri olub, indiki, mədəniyyət nazirinə bu barədə pıçıldaya da bilmir? Bu abidələr muzeyin arxasında həbsxanada qalmaqdansa, bulvara sürgünə göndərilməsi ağıllı variant olmazdımı?”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!