Erməni politoloqlar hesab edir ki, Qarabağın statusu bir müddət dondurulmalıdır. Onların fikrincə, Azərbaycanın birmənalı şəkildə Qarabağ ermənilərinə status verməkdən imtina etməsi, Ermənistanın isə bu məsələdə israr etməsi tərəflərin sülh məsələsində razılığa gəlməsini mümkünsüz edir.
Azərbaycan ermənilərin arzusuna uyğun olaraq indiki status-kvonun daha bir müddət davam etməsi ilə razılaşa bilərmi?
Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib ki, ermənilər çox təklif edə, çox şey deyə bilərlər. Ancaq Qarabağın statusu ilə bağlı yekun sözü Prezident İlham Əliyev deyib və dünya da bunun şahidi olub: Toyuqlu pizza
“Prezident “Status gora getdi, cəhənnəmə getdi” sözləri bir dəfə yox, dəfələrlə səsləndirib.
Bu söhbət tamamilə qurtarıb, ermənilərin belə fikirlərlə çıxış etməsi hiyləgərlikdən başqa bir şey deyil.
Çox təəssüflər olsun ki, Azərbaycana qarşı ermənilərdən də betər hiyləgər mövqedə olan ATƏT və digər qurumlar da ara-sıra “Dağlıq Qarabağ”, status və digər boş şeylər danışır.
Biz 44 günlük Vətən müharibəmizi zəfərlə başa vurduq və Qarabağla bağlı bütün məsələlərə nöqtə qoyduq. Ermənilər bir şeyi bilməlidir ki, qalib tərəf şərtləri diktə edir, kapitulyasiya olmuş məğlub tərəf isə diktə etmək haqqına malik deyil. Bunu bir dəfəlik qulaqlarında sırğa edib assınlar”.
Nəsimi Ələsgərli
Telegram kanalımız