Bunu da gördük: Qardaşının evindən oğurluq etdi

saytların hazırlanması

Evə çatdırılma

Bunu da gördük: Qardaşının evindən oğurluq etdi

Kriminal

17 Avqust 2024 13:19 721


Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birinin həyətindən 1370 manat dəyərində inşaat materialları oğurlayan şəxs saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, əməli törədən şəxsin zərərçəkmişin qardaşı, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov olduğu müəyyən edilib. 

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində isə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birindən oğurluq edən Salam Əzizov saxlanılıb. Saxlanılan şəxsin sözügedən obyektin həyətindən ümumi dəyəri 5000 manat olan soyuducu, elektrik transformatoru və digər məişət avadanlıqları oğurladığı müəyyən edilib.  Sezar pizza

Faktlarla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!