“Bunu dərk edəndən sonra məzarımı qazdırdım” - Ağamirzə

saytların hazırlanması

Evə çatdırılma

“Bunu dərk edəndən sonra məzarımı qazdırdım” - Ağamirzə

Şou

05 İyun 2025 00:37 1107


"Əvəllər elə bilirdim ki, heç vaxt ölməyəcəyəm. Allah Hacı Şahinə rəhmət eləsin. Deyirdi ki, "Ele bilirsiniz, ölüm ancaq qonşu, qohum üçündür?". Mən bunu dərk edəndən və sonra valideynlərimin məzarının yanında özüm üçün məzar qazdırdım".

Yenisabah.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Gün ortası" verilişində deyib. Sənətçi qazdırdığı məzarı özü üçün dərs hesab etdiyini bildirib:

"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir. Gedib baxıram və özümə deyirəm ki, heç kimin xətrinə dəymə ha, bura gələcəksən. Yaxınlarımız qoyub gedəcək bizi, bəlkə də səni dəfn etdikdən sonra qonaqlığa gedəcəklər. Hamı gedəcək, qalacaqsan sən və Allahın. Pepperoni pizza

Çox şeyləri də fikirləşmişəm. Elə biri olur ki, dünyasını dəyişir və həmin gün yağış tökür göydən. "Bunun da qəbrini qazmaq lazımdır. Bel vura-vura, vaxt tapdın ölməyə?" deyirlər. Şansımız ondadır ki, Allahımız rəhmlidir. Məni çox bəlalardan saxlayıb. İnşallah, Allah hamımızın günhlarını bağışlayacaq"./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!