“Bunu deyənlər gözlərinin içinə qədər yalan danışır” –   Etibar Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“Bunu deyənlər gözlərinin içinə qədər yalan danışır” – Etibar Məmmədov

Siyasət

20 Yanvar 2022 17:29 26676


“Bunu deyənlər gözlərinin içinə qədər yalan danışırlar. Onlar 32 ildir ki, həmin iftira ilə məşğul olurlar”. 

“Yeni Sabah” xəbər verir ki, bunu AMİP lideri Etibar Məmmədov Turan-ın “Çətin sual” proqramında deyib. O, 1990-cı il 20 Yanvar faciəsi ərəfəsində Sovet ordusunun artıq Bakıda olması və milli azadlıq hərəkatının liderlərinin faciə baş verəcəyi haqda bir neçə gün əvvəldən bundan xəbəri olması sualı cavablandırıb. Aparıcının “Amma bunu xalqa çatdırmamısınız. Əksinə, kütlədən istifadə edərək hərəkatın gücünü göstərməyə çalışmızınız” sualına Məmmədovun cavabı belə olub: 

“Bunu səsləndirənlər də SSRİ-nin xüsusi xidmət orqanlarının xidmətində olan adamlar olublar, indiyə qədər də həmin xidmətdədirlər. Onlar üçün fərqi yoxdur ki, indi Rusiya xüsusi xidmət orqanına qulluq edirlər, yoxsa bizimkilərə. Bu iftiralar həmişə xalq hərəkatına qarşı səsləndirilib. Amma bu kimi iftiraların heç bir nəticəsi də yoxdur, xalqın fikrini döndərə bilməyiblər.  pizza

Xəbərdarlığa gəldikdə biz o etiraz aksiyalarına istiqamət verməyə çalışırdıq ki, dinc etirazlar olsun. Çünki ayın 13-dən Bakının ətrafına xüsusi qoşun yığılması haqda məlumatımız vardı. Biz də bununla bağlı hökumətdən, Moskvadan izahat tələb edirdik. Amma mənə şəxsən bildirdilər ki, bu qoşun Bakıdan keçib Qarabağa gedəcək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!