Bunu edənlər kor qala bilər - Professordan CİDDİ XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bunu edənlər kor qala bilər - Professordan CİDDİ XƏBƏRDARLIQ

Sosial

19 Avqust 2024 16:28 1613


Son zamanlar sosial şəbəkələrdə göz rənginin dəyişdirilməsi əməliyyatlarına daha çox rast gəlinir. Bu tip əməliyyatları xoş qarşılayıb bəyənənlər olsa da, riskli olduğunu fikirləşənlər də az deyil. 

Maraqlıdır, göz rənginin dəyişdirilməsi zamanı görmə qabiliyyətinin zəifləməsi, yaxud itirilməsi ilə bağlı gələcək zamanlarda hər hansısa problemlər ortaya çıxa bilər? Ümumiyyətlə, bu proses nə qədər təhlükəsiz sayılır? 

Sözügedən məsələ ilə bağlı tanınmış professor, oftolmoloq Paşa Qəlbinur “Yeni Sabah”a açıqlama verib. O, göz rənginin dəyişdirilməsi prosesindən danışıb:  pizza mizza

“Bu cür əməliyyatların başlıca mahiyyəti budur ki, gözün daxilinə tatu olunur. Necə ki, dəriyə müxtəlif rəng və formalarla yazılar çəkilirsə, eləcə də bu gözə tətbiq olunaraq, onun rəngi dəyişilir. Ancaq göz rəngi dəyişdirilməsi əməliyyatı olduqca riskli, təhlükəli prosesdir. Çünki bu, sonralar böyük fəsadlara yol aça bilər. Ən əsası isə gözdə müxtəlif xəstəliklərin baş qaldırması qaçınılmazdır. Bu xəstəliklərə qlaukoma , uveit  və s. aiddir”. 

Həkim bildirib ki, bu əməliyyat korluqla nəticələnə də bilər:

“Gözə belə müdaxilələrin edilməsi müxtəlif xəstəliklərə yol açır, hətta insan sonda kor olur, görmə qabiliyyətini birdəfəlik itirir. Dünyanın bütün inkişaf etmiş ölkələrində bu tip əməliyyatlar qanunla qadağan edilib. Kolumbiya kimi bir çox ölkələrdə bu qanun hələ qəbul olunmayıb. Çox arzu edərdim ki, bizdə də göz rəngini dəyişdirilməsi qanunla qadağan olunsun. Elementar məntiqli adam anlayar ki, vazkeçilməz orqanlarımızdan biri olan gözün içinə yazı yazmaq, şəkil çəkmək nə ilə nəticələnə bilər”.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!