Mübariz Mənsimov “Palmalı” şirkətinin gəmilərindən birinə eks-prezident Əbülfəz Elçibəyin adının veriləcəyi ilə bağlı açıqlamadından sonra “Mübariz Mənsimov Elçibəyin bayrağı altına keçdi” deyənlərə cavab verib.
“Yeni Sabah” xəbər verir ki, iş adamı bildirib ki, o yalnız bir bayraq tanıyır, o da Azərbaycanımın üçrəngli bayrağıdır: “Və mən bir tək o bayrağa xidmət edirəm. Amma siz yazıqlar hansı bayrağa, kimə xidmət edirsiz, bilinmir. Bəsdirin, gah ora, gah bura əsdiz. Şükürlər olsun ki, hamınızın əvvəlini də, sonrasını da bilirik. Elə kimlərə xidmət etdiyinizi də”.
M. Mənsimov soruşub ki, nə zamandan məmurları tənqid etmək dövlətə qarşı çıxmaq hesab olunub?! Düzə düz, əyriyə əyri demək nə zamandan günahdır?: “Elə cənab prezident özü də məmurlarla bağlı gözəl göstərişlər və nöqsanları aradan qaldırmaq üçün tapşırıqlar vermirmi? Və ayrıca bir daha xatırladıb ki, “istər böyük, istərsə də kiçik məmurlar vətəndaşlara - xalqa xidmət etmək üçün bu kreslolarda otururlar! Bütün dövlət məmurları bilməlidirlər ki, əsas vəzifələri xalqa xidmət etməkdir!”. Toyuqlu pizza
Budur bizim dövlət! Və biz də dövlətimizə sahib çıxmaq üçün ona zərər verənləri tənqid edirik və edəcəyik.
Mən siyasətçi deyiləm, amma haqqı-nahaqqı ayıra bilirəm. Bunun qarşısında isə susmağım mümkün deyil. Hər kəsin bu həyatda yaşamağa haqqı var və kimsəyə başqasının haqqını yemək ixtiyarı verilməyib. İndi bu yazımdan sonra da mənim gəmilərimi batırmağa davam edin. Sizə gülməyim gəlir. Yenə də ən çox sevdiyim ifadənin yeridir: "İt hürər, karvan keçər". Bu bizim tarixi bilməyən, bilib də kor olanlar, stəkanda fırtına yaratmaq istəyənlər üçündür. Gözünüzü açın və oxuyun. Tarixini unudanın gələcəyi olmaz!”.
Telegram kanalımız