“Babək Səmidlinin səs yazısında dedikləri barəsində müxtəlif zamanlarda mətbuatda fikirlər söyləmişəm. İkincisi, istər Babək Səmidli, istərsə də digər korpusun rəsmiləri olsun, ordunun içində olan, orduyla əlaqəsi olan adamlar bu problemləri bilirdilər. Bununla bağlı da Prezidentə məlumat çatdırılıb. Bildiyim qədərilə də tədbir görülüb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist, Birinci Qarabağ müharibəsinin qazisi Rey Kərimoğlu deyib.
Müsahibimiz şəhid polkovnik Babək Səmidlinin ötən həftə ortaya çıxan səs yazısına münasibət bildirərkən deyib ki, bu barədə Prezidentə məlumat verilib: pizza hut
“Sadəcə bu səs yazısını indi niyə yaydılar, nə məqsədlə yaydılar, onu bilmirəm. Amma bu məsələlər orduda olub, indi də müəyyən problem var, orduyla bağlı informasiyası olan bəzi adamlar açıq şəkildə, bəziləri isə Prezidentə müraciət ediblər. Rəhmətlik Babək o vaxtı kimləsə danışıb, səs yazısı yazılıb indi də yayılıb. Məncə, bu səs yazısı indi niyə yayılıb, bax, onun üstünə düşmək lazımdır. Çünki Babək Səmidlinin dediklərindən də daha sərt sözlər deyilib və bu məsələlər birinci deyil. Burada Babəklik heç nə yoxdur. Orduyla əlaqəsi olan adamlar hamısı bilir ki, nə var-nə yox. Hətta ondan da artıq problemlər var və bununla bağlı müəyyən adamlar zaman-zaman açıqlamalar verib. Biri də mən olmuşam. Nəcməddin Sadıkov haqqında ən sərt yazılar yazıb, açıqlamalar vermişəm”.
R. Kərimoğlu əlavə edib:
“Yenə deyirəm, bu məsələ niyə yayıldı, bax onun üzərində düşmək lazımdır. Onu da xüsusi xidmət orqanları araşdırmalıdır ki, kim bunu niyə və nəyə görə yayıb? Allah Babəkə rəhmət etsin, amma dedikləri şeyləri onsuz da orduyla əlaqəsi olan adamların hamısı bilirdi”.
Hərbi jurnalist qeyd edib ki, üst-üstə bəlkə də orduyla bağlı 20-dən çox tədbir görülüb və elə tədbirlər var ki, ictimaiyyətə açıqlanmır: “Sadəcə bundan duyuq düşən jurnalistlər yazır. Elə məsələlər var ki, mən də bilirəm, amma danışmağı, yaymağı məsləhət görmürəm”.
“Şəxsən, müharibədən əvvəl mən və bir qrup hərbçinin Prezidentə bu və ya digər məsələlərlə bağlı müraciəti olub. Əlimizdə sənədlər var, ondan başqa digər adamlar mediada açıqlamalar verib. Yəni dövlət başçısı o neqativ hallarla bağlı preventiv tədbirlər görüb və o tədbirlərin siyahısı bu gün də davam edir.
Bütün hallara baxmayaraq, biz daim ordumuzun və dövlətimizin yanında olmalıyıq. Bəzi məsələlər var ki, bu əsgərlərimizin döyüş ruhuna təsir edə bilər. Bununla bağlı məsələləri ən yuxarı instansiya – birinci şəxs bilir və müəyyən tədbirlər də görür”, – yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız