“Bununla intiharların qarşısını almaq olmaz” – Təhlükə hardan gəlir?

saytların hazırlanması

Evə çatdırılma

“Bununla intiharların qarşısını almaq olmaz” – Təhlükə hardan gəlir?

Sosial

17 Aprel 2019 18:47 921


“İntiharlarla bağlı səbəblər axtarmaq ötəri işlərdir və bunlarla onun qarşısını almaq olmaz”.

Bunu “Yeni Sabah”a açıqlamasında sosioloq alim Əhməd Qəşəmoğlu son günlər intensivləşən intiharlarla bağlı danışarkən deyib. Sosioloq düşünür ki, cəmiyyəti uçuruma aparan halları elm yolu ilə həll etmək mümkündür:

“Qloballaşma sürətlə gedir, bütün ölkələrdə, o cümlədən Azərbaycanda cəmiyyət günü-gündən mürəkkəbləşir. Belə cəmiyyətdə proseslərə elmi baxımdan müdaxiləyə, yəni elmin köməyi ilə idarəetmə, cəmiyyətdəki proseslərin tənzimlənməsinə ehtiyac var. Cəmiyyət sadə, primitiv olanda orda elmə o qədər ehtiyac duyulmur, proseslər öz-özünə davam edə bilir.  pizza hut

Təəssüf ki, bu gün Azərbaycanda elmi təminat deyəndə onu yaxşı duya, dərk edə bilmirik. Sabah hansısa akademik, alim yaxşı çıxışlar edə bilər, lakin bu, elmi təminat deyil. Necə ki, inşaatda hər hansı balaca mərtəbəli evin də çertyojnu çəkmək üçün mütəxəssis lazımdır, sosial məsələlərdə də buna ehtiyac var. Avropadan başlayaraq bu sahədə elmlər inkişaf edir, formalaşır. Artıq inkişaf etmiş cəmiyyətlərdə də elmin köməkliyi ilə məsələlər tənzimlənir. Lakin Azərbaycanda elm deyəndə xofa düşürlər. Boşluğu doldurmadığımız müddətdə intiharlarla bağlı problemləri də həll edə bilməyəcəyik”.

Ə.Qəşəmoğlu qeyd edib ki, bu istiqamətdə mənəvi dəyərləri də bərpa etmək lazımdır: “Digər tərəfdən bütün dinlər, peyğəmbərlər, müdrik adamlar – hamısı cəmiyyətdə mənəvi dəyərlərin öndə olmasını məsləhət görürlər. Mənəvi dəyər öndə olan zaman cəmiyyət özü-özünü tənzimləyir. Əksi olanda isə, cəmiyyətdə eybəcər, qorxunc hallar ortaya çıxır, gərginliklər yaranır. Təəssüf ki, indiki vaxtda bu məsələlərə diqqət vermirik. 

Azərbaycanın humanitar siyasətində ciddi dəyişikliklər olmalıdır. Sovet rejimində nə qədər iyrənc, xoşagəlməyən şeylər olsa da, mənəvi dəyərlərə üstünlük verilirdi. Biz indi çalışmalıyıq ki, ölkədə humanitar siyasəti dəyişək, mənəvi dəyərlərə önəm verək və bütün məsələlərə elmi baxımdan yanaşaq. Bunun üçün yeni elmi mərkəzlər yaratmağa ehtiyac yoxdur. Azərbaycan Milli Elmlər Akademiyasında kim ağlına nə mövzu gəldi götürüb hesabat yazır. Akademiyanı işlətmək lazımdır. Cəmiyyət üçün vacib olan mühüm elmi araşdırmalar institutlara öhdəlik kimi verilsin və əməkdaşları işləyib ölkəyə lazım olan işlər görsün. Sosial işi bitirən tələbələr bu gün nə edəcəklərini bilmirlər. Halbuki bizim sosial işçilərə çox ehtiyacımız var. İlk növbədə orta məktəblərdə güclü sosial iş xidməti yaranmalıdır”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!