2019-cu ildən bəri “Kuruluş Osman” serialında baş rolu canlandıran türkiyəli aktyor Burak Özçivitin yeni mövsüm öncəsi layihədən ayrıldığı məlum olub.
Yenisabah.az xəbər verir ki, aktyorun seriyanın prodüseri Mehmet Bozdağla son danışıqları zamanı bölümdən-bölümə 4 milyon TL qonorar tələb etməsi müzakirə olunub.
Lakin bu tələb prodüser şirkəti tərəfindən qəbul edilməyib. Nəticədə tərəflər arasında maliyyə anlaşmazlığı yaranıb və bu, 6 mövsüm davam edən əməkdaşlığın sonunu gətirib. Toyuqlu pizza
Yaşanan ayrılıq təkcə maliyyə məsələləri ilə məhdudlaşmayıb, həm də sosial media fəaliyyətində öz əksini tapıb. Belə ki, Burak Özçivit həm serialın prodüseri Mehmet Bozdağı, həm də “Kuruluş Osman” serialının rəsmi “Instagram” hesabını izləmədən çıxarıb.
Türkiyənin məşhur jurnalisti Birsen Altuntaşın yaydığı məlumata görə, Özçivitin irəli sürdüyü maddi təklif Bozdağ Film tərəfindən rədd edilib. Bu səbəbdən tərəflər yollarını ayırmağa qərar verib. Beləliklə, altı mövsümdür “Osman Bəy” obrazı ilə tamaşaçıların rəğbətini qazanan Burak Özçivit, serialın 7-ci mövsümündə layihədə yer almayacaq.
Aydan Hacı
Telegram kanalımız