Buranın kişiləri arvadından qorxur, üzlərini örtüb qadının soyadına keçirlər

saytların hazırlanması

Evə çatdırılma

Buranın kişiləri arvadından qorxur, üzlərini örtüb qadının soyadına keçirlər

Maraqlı

03 Mart 2025 15:01 1170


Kişiləri üzünü örtür və xanımlarının icazəsi ilə aça bilirlər, həmçinin onlar evləndikləri qadınların soyadını daşıyırlar...

Yenisabah.az xəbər verir ki, bu məlumatlar Taureqlərə aiddir.

Şimali və Qərbi Afrikada yaşayan Tuareqlər maraqlı mədəni xüsusiyyətləri ilə seçilirlər. Digər müsəlman cəmiyyətlərindən fərqli olaraq, burada kişilər üzlərini örtmək məcburiyyətindədir, qadınlar isə daha azad bir sosial mövqeyə malikdirlər. pizza mizza

Tuareq kişiləri günəş və tozdan qorunmaq, eləcə də hörmət və əxlaq simvolu kimi üzlərini örtürlər. Onlar adətən 25 yaşından sonra mavi rəngli örtük (tagelmust) taxmağa başlayırlar. Maraqlıdır ki, qadınların üz örtmək məcburiyyəti yoxdur.

Tuareq cəmiyyəti matriarxal sistemlə idarə olunur. Burada qadınlar ailədə və cəmiyyətdə əsas söz sahibidir. Kişilər analarının soyadını daşıyır və miras ana xətti ilə ötürülür. Bu sistem Tuareg xalqını digər ənənəvi Afrika və müsəlman cəmiyyətlərindən fərqləndirir.

Tuareq qadınları boşanmaq hüququna malikdir və boşandıqdan sonra sosial mövqelərini itirmirlər. Onlar şeir və musiqi vasitəsilə öz düşüncələrini ifadə edir, kişilərin dünyagörüşünə təsir göstərirlər.

Bu unikal mədəniyyət əsrlər boyu Tuareg xalqının kimliyini qoruyub saxlamağa kömək edib. Ancaq müasir dövrün təsiri altında bu ənənələrin gələcəyi sual altındadır. 

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!