Burun damcılarının   Ölümcül təhlükəsi

saytların hazırlanması

Evə çatdırılma

Burun damcılarının Ölümcül təhlükəsi

Sağlamlıq

27 Sentyabr 2019 21:30 1268


Zökəmin müalicəsində əsasən damardaraldıcı burun damcıları və spreylərindən istifadə olunur. Lakin son araşdırmalar onların çox ziyanlı olduğunu göstərir.

"Yeni Sabah" "Sağlamolun.az"a istinadən xəbər verir ki, ABŞ alimləri sübut edir ki, damardaraldıcı burun damcıları və spreyləri insult və infarkta səbəb ola bilər. Bu xüsusilə ürək xəstəlikləri və yüksək təzyiqdən əziyyət çəkənlərə aid olsa da, sağlam insanlar üçün də bu preparatlar müəyyən təhlükə yaradır.

Alimlər xəbərdarlıq edir ki, bu preparatlar damarları daraldır və bunun nəticəsində infarkt və insultun riski xeyli artır. pizza mizza

Mütəxəssislər zökəm zamanı duzlu su ilə olan damcılardan istifadə etməyi tövsiyə edirlər. Həmçinin isti ayaq vannaları, müalicəvi bitkilərlə (evkalipt, çobanyastığı, kalanxoe) inhalyasiyalar da çox yaxşı effekt verir.  

 

Saglamolun.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!